Ağdamda ekskavator minaya düşdübackend

Ağdamda ekskavator minaya düşdü

Ağdamda ekskavator minaya düşüb.

KONKRET.az xəbər verir ki, DİN-dən bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*