Ağdamda mina partladıbackend

Ağdamda mina partladı 

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Qeyd edilib ki, Ağcabədi rayonunun Şotlanlı kənd sakini, 1972-ci il təvəllüdlü Elmdar Xan oğlu Sarıyevin minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə nəticəsində Elmdar Sarıyev xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*