Agentlikdən sürücülərə bu yolla bağlı MÜRACİƏTbackend

Agentlikdən sürücülərə bu yolla bağlı MÜRACİƏT

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı km-lik hissəsində ( hər iki istiqamət ) 13-15 avqust tarixlərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə KONKRET.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, sürücülərdən sözügedən istiqamətdə qeyd olunan tarixlərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*