Ağır qəza: ölən varbackend

Ağır qəza: ölən var

Beyləqanda baş verən qəza zamanı sürücü ölüb.

KONKRET.az bildirir ki, qəza hadisəsi rayon ərazisində qeydə alınıb.

Rayon sakini 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğulu idarə etdiyi “VAZ”2107 markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Ford” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü S.Kərimov və avtomobildə olan qızı 1996-cı il təvəllüdlü Muradova Aytən Seymur qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq sürücü S.Kərimov xəstəxanada həyatını itirib. Onun qızı A.Muradova isə ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır/teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*