Hadisə bu gün Gəndov – Yalama yolunun 17-ci kilometrliyində rayonun Hülövlü kəndi ərazisində baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, “Ford” və “VAZ 2107” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Xaçmaz rayon Sayad kənd sakinləri 1963-cü il təvəllüdlü Hidayətov Qələmşah Xudaverdi oğlu, 1982-ci il təvəllüdlü Xudaverdiyev Humay Telman qızı, 1971-ci il təvəllüdlü Xudaverdiyev Muxtar Xudaverdi oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Elvin Gülağa oğlu və 1996-cı il təvəllüdlü Əliyev Elman Çingiz oğludur. Yaralıların 3-nün vəziyyəti yaxşı olduğu üçün onlar ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər yaralılar müalicələrini xəstəxanada davam etdirir. Hadisə DYP-nin müşahidə kameralarına qeydə alınıb. İlkin fərziyəyə görə, qəza “VAZ 2107”-nin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Faktla bağlı araşdırmalar aparılır.
Cəlal Fərzəliyev
