Ağrıkəsici dərmanların FƏSADLARI – MÜTLƏQ OXUYUN!backend

Ağrıkəsici dərmanların FƏSADLARI - MÜTLƏQ OXUYUN!

Ağrıkəsicilərin uzun müddət və nəzarətsiz istifadəsi orqanizmə böyük zərər verə bilər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə həkim Maksim Maskin bildirib.

Mütəxəssisin fikrincə, ağrıkəsicilərin uzun müddət istifadəsi mədə-bağırsaq traktına, ürək-damar və sidik sistemi xəstəliklərinə səbəb ola bilər:

“Bu dərmanların tez-tez istifadəsi mədənin selikli qişasını zədələyir, xroniki iltihaba səbəb olur və mədə xorası riskini artırır. Bundan əlavə, ağrıkəsicilər ürək-damar xəstəliklərinin – infarkt və trombozun inkişafına səbəb olur”.

Həkimin sözlərinə görə, ağırlaşma riski əvvəlcədən xroniki xəstəlikləri olan insanlarda və yaşlılarda daha yüksəkdir.

Bundan əlavə, qeyri-steroid antiinflamatuar dərmanların uzun müddət istifadəsi müqavimətin inkişafına səbəb ola bilər. Bu o deməkdir ki, zaman keçdikcə əvvəllər effektiv ağrıkəsici dərmanların dozası qeyri-kafi olur.

Maskin bildirib ki, bəzən belə dərmanların uzun müddət istifadəsi tamamilə faydasız olur.

İqbal Rzayev

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*