backend

Ağstafada qəza törədən sürücü hadisə yerindən qaçıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Dağ Kəsəmən ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olarkən, hələlik markası məlum olmayan avtomobil 1951-ci il təvəllüdlü Əfəndiyev Maqsudun idarə etdiyi “VAZ 2104” markalı avtomobili  vuraraq qaçıb.

Qəza zamanı sürücü M.Əfəndiyev və onun qızı, 1985-ci il təvəllüdlü Əfəndiyeva Leyla Maqsud qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*