Ağsu rayonunda gənc oğıan canavarların hücumuna məruz qalıb.
KONKRET.az Apa-ya istinadən xəbər verir ki, rayon sakini Tural Hüseynli Elabad kəndinin dağlıq ərazisində qoyun otararkən qəflətən canavarlar ona hücum edib. Vəhşi heyvanlar onun bədəninin bir neçə yerini dişləyərək ağır xəsarətlər yetiriblər. Yaralı Ağsu Mərkəzi rayon Xəstəxanasına aparılıb, quduzluğa qarşı vaksin vurulub. Hazırda müalicəsi davam etdirilir.
