Aİ-dən Dumanın qondarma “respublika”ların tanınması ilə bağlı müraciətinə SƏRT REAKSİYAbackend

Aİ-dən Dumanın qondarma "respublika"ların tanınması ilə bağlı müraciətinə SƏRT REAKSİYA

Avropa İttifaqı (Aİ) Rusiya Dövlət Dumasının “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqil qurumlar kimi tanınmasına dair Prezident Vladimir Putinə müraciət qəbul etməsini qəti şəkildə pisləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell “Twitter” hesabında bildirib.

Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, bu tanınma Minsk razılaşmalarının açıq şəkildə pozulması olacaq.

“Aİ-nin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi və öhdəliyi sarsılmaz olaraq qalır.

Biz Rusiyanı öz öhdəliklərini yerinə yetirməyə və “Normandiya formatı” və Üçtərəfli Təmas Qrupu çərçivəsində xoş niyyətlə əməkdaşlığa çağırırıq”, – Borrell vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya Duması separatçı “DXR” və “LXR”-in tanınması üçün Putinə müraciət qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*