Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin koronavirus testinin nəticəsi müsbət olub.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi sosial şəbəkə hesabında bildirib.
“Mənim COVID-19 üçün testim müsbət oldu. Özümü yaxşı hiss edirəm”, – Borrel tviterdə yazıb.
O, hazırda özünü təcrid vəziyyətində olduğunu bildirib.
