Aİ nümayəndəsi: “Bakı və İrəvanda emosional fikir mübadilələri oldu”backend

Aİ nümayəndəsi: "Bakı və İrəvanda emosional fikir mübadilələri oldu"

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakı və İrəvanda mürəkkəb və emosional müzakirələr apardığını bildirib.

KONKRET.az xəbər verir ki, bunu o, tviterdə yazıb.

“Bakıda, İrəvanda, həmçinin Vyanada keçirilən təcili görüşlərdən sonra Brüsselə qayıtdım. Mürəkkəb və bəzən emosional fikir mübadilələri oldu. Hələ bir çox problem var, lakin atəşkəsin davam edəcəyinə ümid edirik. Danışıqlara qayıtmaq lazımdır”, – xüsusi nümayəndə söyləyib.

O qeyd edib ki, Aİ ən yüksək səviyyədə məsələ ilə məşğul olur: “Bizim məqsədimiz Ermənistan və Azərbaycana sabit, təhlükəsiz və firavan Cənubi Qafqazı təmin edəcək hərtərəfli və davamlı razılaşmaya nail olmaqda kömək etməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*