Aİ nümayəndəsi Mher Qriqoryanla kommunikasiyaların açılmasını MÜZAKİRƏ ETDİbackend

Aİ nümayəndəsi Mher Qriqoryanla kommunikasiyaların açılmasını MÜZAKİRƏ ETDİ

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə təmsilçisi Toivo Klaarla görüşüb.

KONKRET.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regionda kommunikasiyaların açılması məsələsini müzakirə ediblər. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.

Xatırladaq ki, fevralın əvvəlində M.Qriqoryan, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov ilə regionda dəmiryolu əlaqəsinin bərpası məsələlərini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*