“Aİ Rusiyaya qarşı yeddinci sanksiyalar paketini nəzərdən keçirir” – Kulebabackend

"Aİ Rusiyaya qarşı yeddinci sanksiyalar paketini nəzərdən keçirir" - Kuleba

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Avropa İttifaqının ayrı-ayrı ölkələri Rusiya Federasiyasına qarşı yeddinci sanksiyalar paketi üzərində işə başlamağa hazırdır.

KONKRET.az UNİAN-a istinadən bildirir ki,  Kuleba bunu  Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində iclasında iştirakdan sonra deyib.

“Mən Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində işə başlamağa hazır olduqlarını bildirən bütün üzv ölkələri yüksək qiymətləndirirəm. Bu, ruhlandırıcıdır və Ukraynaya açıq dəstək siqnalı var idi”, – Kuleba vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*