“Ailə üzvləri oturub Allahın verənindən bir tikə yeyiblər” – Elton Məmmədovdan Ramiz Mehdiyevin nəvəsinin toyuna REAKSİYAbackend

"Ailə üzvləri oturub Allahın verənindən bir tikə yeyiblər" - Elton Məmmədovdan Ramiz Mehdiyevin nəvəsinin toyuna REAKSİYA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin müdiri Elton Məmmədov akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışıb.

KONKRET.az-ın məlumatına görə, Elton Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev qaydalara əməl edən şəxsdir.

O, Ramiz Mehdiyevin və ailəsinin karantin qaydalarını pozmasına inanmadığını deyib:

“Ramiz müəllim həyatı boyu karantin qaydalarını pozaraq nəvəsinə toy etməz. Əgər Ramiz müəllim evində ailə şəraitində nə isə edirsə, bunun karantinə nə dəxli var? Məsafə qorunursa, karantin şərtlərinə əməl olunursa, burada nə problem ola bilər? Hamı hər gecə öz ailə üzvləri ilə bir araya gəlib yemək yeyir. İndi o toyda da Ramiz müəllimin ailə üzvləri oturub Allahın verənindən bir tikə yeyiblər. Məgər bu karantin qaydalarının pozulması deməkdir?”.

Elton Məmmədov Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etmədiyini söyləyib:

“Ramiz müəllimin nəvəsinin toyunun olmasını ilk dəfə sizdən eşidirəm. Mən o toyda iştirak etməmişəm”.

 

 

  • khalid
    Avqust 21, 2020 - 15:41

    Yaxşı edirsiniz. Allahın verdiyi bir tikə burnunuzdan gələcək. Kanalizasiya turbasından çıxanda. Darıxmayın, az qalıb. Lap az. Bu xalq əcdadınızı … Darıxmayın. Lap az qalıb. Lap az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*