Airbus SE konserni rüşvət iddiasını həll etmək üçün 4 milyard dollar cərimə ödəməyə razılaşıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, prokuror Jean-Francois Boner tərəfindən Paris məhkəməsində dinləmələrdə elan edilib. Airbus 16 ölkədə, o cümlədən Yaponiya, Rusiya və Çində gəlirlərini 1,05 milyard avro artırmaq üçün rüşvət təklif edib. Britaniya və Amerika səlahiyyətliləri Airbus ilə əvvəlcədən razılığa gəliblər. Araşdırmalardan sonra şirkət Fransaya 2,1 milyard, Böyük Britaniyaya 983 milyon və ABŞ-a isə 530 milyon avro ödəməyə razılaşıb.
KONKRET.az
