İflic insanlara müjdə – Mask yeni sistem hazırladıbackend

İflic insanlara müjdə - Mask yeni sistem hazırladı

Amerikalı milyarder İlon Mask gələcəkdə neyrotexnologiyalar vasitəsilə iflic insanların yenidən hərəkət etmək imkanına qovuşacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Gələcək illərdə Neuralink iflic insanların yenidən yeriməsinə və əllərindən istifadə etməsinə imkan verəcək”, – deyə Mask qeyd edib.

Qeyd edək ki, İlon Mask tərəfindən 2016-cı ilin iyulunda təsis edilən Neuralink şirkəti insan beyninə implantasiya üçün nəzərdə tutulan neyroçiplər hazırlayır. Şirkətin məqsədi beyin-kompüter interfeysi vasitəsilə insanların düşüncə gücü ilə kompüterləri idarə etməsinə imkan yaratmaqdır.

Maskın yanaşmasına görə, bu texnologiyalar gələcəkdə insan orqanizminin imkanlarını genişləndirə və süni intellektin inkişafı dövründə yeni imkanlar yarada bilər.

Hazırda açıq mənbələrdə Neuralink cihazlarının implantasiya edildiyi 10 pasiyent barədə məlumat mövcuddur.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*