“Türkiyə Azərbaycanın da, Liviyanın da haqlı mübarizəsində onların yanında olmağa davam edir”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir terrorçular haradadırsa, hədəflərinin də ora olduğunu qeyd edib.
“Əsgərimizin nəfəsi terrorçuların ənsəsindədir. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”, – deyə o bildirib.
