Türkiyənin müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksiy Reznikov ilə telefonla danışıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Türkiyə MN məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Ukraynadakı son hadisələr müzakirə edilib.
Akar Türkiyənin humanitar yardım məsələsində üzərinə düşəni etməyə davam edəcəyini qeyd edib.
