“Şərəfinə millətimizin bayrağı qaldırlıb, himni səsləndirilən bir şəxsin əlindən mükafat almaq ikiqat şərəflidir”.
KONKRET.az Azərtac-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş Akif İslamzadə deyib.
O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
A.İslamzadə mükafatla bağlı təəssüratlarını Azərtac-la bölüşüb, Prezidentə təşəkkür edib.
