Aleksandr Ata ilə vida mərasimi başladıbackend

Aleksandr Ata ilə vida mərasimi başladı

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.

KONKRET.az xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilir.

Mərasim saat 12:30-a kimi davam edəcək. Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşein 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*