Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb.
KONKRET.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildirib ki, bu müzakirələrin haradan yarandığını bilmir: “İrəvanda bazanın mövzusunu kim qaldırıbsa, qoy Rusiya tərəfi bunu bizə desin”.
Onun sözlərinə görə, Moskva bu məsələni danışıqlarda qaldıracağı təqdirdə İrəvan öz mövqeyini açıqlayacaq.
Xatırladaq ki, bundan əvvəl parlamentin vitse-spikeri Vaaqn Aleksanyan Rusiyanın hərbi bazasının Ermənistana baha başa gəldiyini, lakin İrəvanın həm bazanın çıxarılmasını, həm də saxlanılmasını müzakirə etməyə hazır olduğunu bildirmişdi.
Natiq Səlim,
KONKRET.az
