Ali Məhkəməyə müraciət etmək istəyənlərə XƏBƏRDARLIQbackend

Ali Məhkəməyə müraciət etmək istəyənlərə XƏBƏRDARLIQ

Ali Məhkəmə vətəndaşların müraciətlərini onlayn qaydada aparacaq.

KONKRET.az  Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur:

– vətəndaşların Ali Məhkəməyə ünvanladığı yazılı müraciətləri poçt və ya [email protected] e-poçt vasitəsilə göndərmələri, habelə www.supremecourt.gov.az saytından onlayn müraciət etmələri;

– vəkillərin kasasiya, əlavə kasasiya şikayətləri və digər prosessual müraciətləri poçt vasitəsilə göndərmələri;

– yazılı müraciətlərin məktublar qutusuna atılması;

Qeyd. Vətəndaşlar müraciətlərinin operativ araşdırılması, yaranan sualların cavablandırılması və qəbulla əlaqədar vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin işçiləri ilə əlaqə saxlaya bilərlər.

Telefon: 4890707 (daxili nömrələr: 18115, 18102, 18112, 18104).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*