Ali məktəbə qəbul olmuşdu, qismət olmadı: Gəncə terrorunun qurbanı Ləman – VİDEObackend

Ali məktəbə qəbul olmuşdu, qismət olmadı: Gəncə terrorunun qurbanı Ləman - VİDEO

Gəncədə baş vermiş erməni terroru bir çoxlarının, o cümlədən həyat yolunu yenicə seçən gənclərin həyatına son qoydu.

Xezerxeber.az-ın məlumatına görə, 18 yaşlı Ləman Qəhrəmanova aylarla, bəlkə də illərlə hazırlaşaraq universitetə qəbul olmuşdu və tələbə həyatına başlayacaqdı, ancaq erməni vəhşiliyinin qurbanı oldu.

Valideynləri deyirlər ki, Ləman çox sevincliydi. Əziyyətinin bəhrəsini görmüşdü, lakin olmadı.

Həmin gecə ermənilərin terroru nəticəsində Ləmanla yanaşı, bibisi – 34 yaşlı Xatirə Qəhrəmanova və onun övladları – 11 yaşlı Orxan Xəlilli və 6 yaşlı Məryəm Xəlilli də dağıntılar altında qalaraq dünyasını dəyişiblər.

Nənə Sənayət Qəhrəmanova və oğlu Ramiz Qəhrəmanov dağıntılar altında qalaraq xəsarət alıblar. Lakin dünyasını dəyişmiş əzizlərinin acısı öz yaralarından daha ağırdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*