Ukrayna Ali Radası “Ukrayna xalqının Rusiya tərəfindən soyqırımı”nı tanıyan qətnaməni təsdiqləyib.
KONKRET.az -ın məlumatına görə, sənəddə deyilir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı mülki şəxslərə qarşı hərəkətləri “Ukrayna xalqını tamamilə və ya qismən ayrıca milli birlik kimi məhv etmək niyyəti ilə törədilmişdir”.
Parlamentarilər BMT-yə və Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, o cümlədən xarici dövlətlərin hökumət və parlamentlərinə müraciət ediblər. Onlar Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini “soyqırım” kimi tanımağa çağırış ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
