Nazirlər Kabineti “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişkilik edib.
KONKRET.az xəbər verir ki, dəyişiklik əyani təhsildə əyani təhsilin “fulltime” və “parttime” formalarının tətbiq olunacağı ilə bağlıdır.
“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, indiyə qədər bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) il, əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin normativ müddəti 5-6 il olub. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilib.
