Alimlər 60 ildir axtardıqlarını tapıblar. Yer kürəsinin ətrafında görünməyən ambipolyar enerji sahəsi aşkar edilib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Aeronavtika və Kosmos Agentliyi (NASA) yayıb.
Qurum qeyd edib ki, bu sahə cazibə qüvvəsi qədər vacibdir. Üstəlik, onun təkcə Yerdə deyil, digər planetlərdə də mövcud olduğu düşünülür.
NASA-nın Goddard Kosmik Uçuş Mərkəzinin astronomu Glyn Collinson mövzu ilə bağlı deyib ki, atmosferi olan hər planetin ambipolyar bir sahəsi var: “İndi zamanla planetimizin və digər göz cisimlərinin necə formalaşdırdığını öyrənə bilərik”
“Science Alert”ə görə, Yer sadəcə kosmosda dayanan bir quru parçası deyil və onun ətrafında çoxlu müxtəlif enerji sahələri var. Məsələn, qravitasiya sahəsi planetimizi yerində saxlayan və atmosferi möhkəm şəkildə qoruyan bir qüvvədir.
Bundan əlavə, Yerin daxilində fırlanan və keçirici materialın yaratdığı maqnit sahəsi planetimizi günəş küləklərinin və radiasiyanın zərərli təsirlərindən qoruyur.
Günel Mikayılova,
KONKRET.az