Yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ backend

Yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ 

Sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.

KONKRET.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xüsusilə diqqətli olmağı tövsiyə edir.

Qeyd edilib ki, yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*