Almaniya iqtisadiyyatı niyə zəifləyir? – SƏBƏBbackend

Almaniya iqtisadiyyatı niyə zəifləyir? - SƏBƏB

Dünyanın ən güclü iqtisadiyyatına sahib ölkələrdən biri Almaniya son vaxtlar böhran içindədir və durğunluq yaşayır. Beynəlxalq Valyuta Fondu (BVF) Almaniya iqtisadiyyatı üçün bədbin proqnoz verib. Son hesablamalara görə, Almaniyanın iqtisadi artımı bu il sıfır səviyyəsində qalacaq və gələn il cəmi 0,8 faiz artacaq. Rəsmi Berlin bu il “G7” ölkələri arasında ən zəif artıma sahib olacaq. BVF durğunluğun əsas səbəbi kimi büdcənin daralmasın göstərir.

Bundan əlavə, ölkədə uzun müddətdir yaşanan struktur problemləri, xüsusilə ixtisaslı kadrların olmaması və istehlakçıların xərcləmədə istəksizliyi artıma mənfi təsir göstərir. Almaniya hökuməti isə BVF-dən fərqli bir qiymətləndirmə aparır və 2024-cü il üçün tənəzzül proqnozlaşdırır, lakin 2025-ci ildə artımın 1,1 faiz olacağını təxmin edir. Eynilə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 2025-ci ildə Almaniya üçün 1 faiz artım proqnozlaşdırır. Almaniya Kansleri Olaf Şolts da dəfələrlə bu narahatlığı dilə gətirib.

Bundan başqa, adıçəkilən ölkənin Ticarət və Sənaye Palatasının (DIHK) rəhbəri Peter Adrian da təhlükə barədə xəbərdarlıq edib, Hökumət rəsmisi bunları deyib:

“Almaniya və onun iqtisadiyyatı tənəzzül içindədir. Biz Avropada istehsalı yenidən koronavirusdan əvvəlki səviyyədən aşağı olan bir neçə ölkədən biriyik. Əhval-ruhiyyə bəzən çox pis olur, xüsusən də orta şirkətlər arasında”.

Şübhəsizdir ki, iqtisadi çöküşə əsas səbəblərdən biri də Rusiya – Ukrayna müharibəsidir. Geopolitik gərginliklər səbəbindən Rusiyadan enerji mənbələrinin tədarükündən imtina edilməsi, yüksək qiymətlərə səbəb oldu ki, bu da istehsal və rəqabətliliyə təsir etdi.

Bununda nəticəsidir ki, son günlər adıçəkilən ölkə etiazlar başlayıb. Bir neçə məşhur avtomobil şirkəti də maaşların artımını tələb edirlər.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*