NVIDIA şirkətinin prezidenti, baş icraçı direktoru və direktorlar şurasının üzvü Jensen Huangın vəzifələrindən istefa verdiyi barədə məlumat yayılıb.
KONKRET.az xəbər verir ki, iddialara görə, şirkət rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq NVIDIA-nın maliyyə direktoru Colette Kress icra edəcək. Bildirilir ki, direktorlar şurası daha sonra Huangın daimi əvəzləyicisinin müəyyənləşdirilməsi üçün namizədləri nəzərdən keçirəcək.
Yayılan məlumatda Huangın istefasının şəxsi həyatı ilə bağlı qalmaqallar fonunda baş verdiyi iddia olunur. Həmin iddialara əsasən, onun nikahdankənar münasibətləri barədə xəbərlər NVIDIA səhmlərinin dəyərinə də mənfi təsir göstərib.
Məlumatda qeyd olunur ki, Huang iş adamı Elis Huangla münasibətlərinin olduğunu etiraf edib. Onun Çin Xalq Respublikasının maraqları naminə fəaliyyət göstərdiyindən şübhələnildiyi də iddialar arasında yer alır. Jensen Huangın baş verənlərə görə təəssüfləndiyini bildirdiyi irəli sürülür.
Bundan qısa müddət sonra onun şirkətin əməkdaşlarından biri ilə də münasibətdə olması barədə xəbərlərin yayıldığı iddia edilir.
Bu məlumatların NVIDIA səhmlərinin kəskin ucuzlaşmasına səbəb olduğu bildirilir. Qeyd edək ki, NVIDIA dünyanın aparıcı çip istehsalçılarından biridir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
