Fevralın 16-da Almaniya kansleri Olaf Şolç və Ukrayna prezidenti Vladimir Zelenski Berlində Almaniyanın Kiyevə təqdim etməyə hazır olduğu təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.
KONKRET.az xəbər verir ki, bu, Münhen Təhlükəsizlik Konfransı başlayan gün baş verib.
Ukraynaya zəmanətlə bağlı bütün razılaşmaların başlanğıc nöqtəsi 2023-cü ilin iyulunda NATO-nun Vilnüsdə keçirilən sammitində qəbul edilən G7 bəyannaməsidir. Orada müttəfiqlər – Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişlər bağlamağa razılaşıblar. Onların uzunmüddətli öhdəlikləri üç məqamdan ibarətdir:
– Ukrayna silahlı qüvvələrinin gücləndirilməsi (silahların ötürülməsi, Ukrayna müdafiə sənayesinin inkişafına kömək, Ukrayna ordusunun təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik və hibrid təhdidlərlə mübarizə sahəsində dəstək);
– Ukrayna iqtisadiyyatının, xüsusən də ölkənin bərpası yolu ilə gücləndirilməsi;
– Ukrayna və Rusiya arasında münaqişə kontekstində yaranan təcili məsələlərin həlli üçün texniki və maliyyə dəstəyi.
Ariz Həsənoğlu,
KONKRET.az
