Almaniyada 22 polis festival zamanı yaralandıbackend

Almaniyada 22 polis festival zamanı yaralandı

Almaniyanın Gissen şəhərində nümayişçilər Eritreya festivalında 22 polis əməkdaşını yaralayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 60 nəfəri həbs edib.

Festival şənbə və bazar günləri Hessen federal əyalətində keçirilir. Qeyd olunur ki, şənbə günü təxminən 100-150 nəfər səddi sökərək, sərgi kompleksinin ərazisinə hasarın üstündən keçməyə çalışıb.

Nümayişçilər daş və tüstü bombaları atmağa başlayıb, hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*