Almaniyada Putinin qızı “Kardaşyanın proseduru”ndan istifadə edir – Gəncləşmək üçün İYNƏLƏRbackend

Almaniyada Putinin qızı “Kardaşyanın prosedurundan istifadə edir - Gəncləşmək üçün İYNƏLƏR

Rusiya Prezidenti Vladimir Putinin kiçik qızı Yekaterina Tixonova Almaniyada üzünü dartma əməliyyatı keçirib.

KONKRET.az “Mirror”a istinadən xəbər verir ki, bu barədə informasiya “glavred.info” saytında yer alıb.

Mənbə yazır ki, Putinin qızı bu kosmetik prosedur üçün mütəmadi olaraq Almaniyaya uçur və prosedur zamanı ona qan plazması vurulur. Belə bir cavanlaşma proseduru plazmolifting adlanır və deyirlər ki, ABŞ-ın realiti ulduzu Kim Kardaşyan da onu çox sevir.

Almaniyada bir seans üçün xərc təxminən 3400 funt sterlinqdir (təxminən 4300 dollar).

Nəşr qeyd edir ki, Tixonova alnındakı və dodaq ətrafındakı qırışları aradan qaldırmaq üçün botoks iynəsi də vurub.

“Putinin qızı qəribə kosmetik prosedura üçün minlərlə avro xərcləyib. O, atası kimi cavan qalmaq və əbədi yaşamaq istəyir?”. Tixonova haqqında Qərb mediası belə yazıb.
Bundan əvvəl Putinin qeyri-qanuni qızı Yelizaveta Krivonoqix təxribat xarakterli video yayımlayıb. Qız “İnstagram”ında çılpaq bədəninə geydiyi köynəyin düymələrini açır və sinəsini çətinliklə örtür.

Bildiyiniz kimi, Putinin rəsmi tərcümeyi-halında yalnız iki qızının – Mariya və Yekaterinanın adı çəkilir.

Roman Göytürk

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*