Almaniyada anomal isti hava səbəbindən 9,8 min nəfər həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə tabe olan əsas tibbi qurum – Robert Kox İnstitutu öz rəsmi saytında məlumat yayıb.
Bu göstərici 2016-cı ildən bəri belə statistikanın aparıldığı dövrdə qeydə alınan ən yüksək rəqəmdir.
Sinoptiklərin məlumatına görə, bu yay Almaniyanın cənub federal torpaqlarında havanın temperaturu həftələrlə +35 dərəcədən aşağı düşməyib. Gecə saatlarında da temperatur yüksək qaldığından orqanizmin bərpa olunması mümkün olmayıb. Ən çox risk altında olan qruplar isə 75 yaşdan yuxarı yaşlılar və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən xroniki xəstələr olub.
Robert Kox İnstitutu bildirib ki, 2024–2025-ci illərdə isti hava ilə bağlı ölüm halları xeyli az olub və 6–7 min nəfər arasında dəyişib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
