Almaniyanın xarici işlər naziri Ərdoğanı Putinlə birgə fotosuna görə TƏNQİD ETDİbackend

Almaniyanın xarici işlər naziri Ərdoğanı Putinlə birgə fotosuna görə TƏNQİD ETDİ

Almaniyanın xarici işlər naziri Ərdoğanı Putinlə birgə fotosuna görə tənqid edib.

KONKRET.az xəbər verir ki,  Berbok bu barədə Bild-ə müsahibəsində danışıb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok NATO-nun hazırkı üzvünün Vladimir Putinlə şəklini çəkdirməsinin qəribə olduğunu düşünür.

Berbok “Türkiyə Prezidentinin bu fotoda olması, yumşaq desək, problemdir” deyib.

Xarici işlər naziri Türkiyənin NATO-nun üzvü olduğuna və Ukraynaya hərbi dəstək verdiyinə diqqət çəkib.

Berbok əlavə edib ki, Tehrandakı görüş hamımızın və tərəfdaşlarımızın dəyərlər üzərində dayanmasının vacibliyini göstərdi.

“Türkiyə Ukraynaya kütləvi hərbi dəstək verir. Ona görə də bu foto mənim üçün anlaşılmazdır, xüsusən də NATO üzvü nöqteyi-nəzərindən. Nəinki beynəlxalq qaydalara riayət etmək, həm də onları pozmamaq lazımdır”, – deyə Berbok bildirib.

Xatırladaq ki, Putin iyulun 19-da Tehrana səfər edib və bu, Rusiya Prezidentinin Ukraynaya genişmiqyaslı işğalından sonra ikinci xarici səfəri olub.

Tehranda keçirilən üçtərəfli sammit zamanı Putin İran və Türkiyə liderləri ilə şəkil çəkdirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*