Almatı-Tbilisi reysi ilə uçan təyyarə tufana görə Bakıya eniş etdibackend

Almatı-Tbilisi reysi ilə uçan təyyarə tufana görə Bakıya eniş etdi

Almatı-Tbilisi reysini həyata keçirən təyyarə Bakı hava limanına eniş edib.

Bu barədə KONKRET.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

“Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı hava limanına eniş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*