Almatıda “Əl-Farabi – İqbal” beynəlxalq forumu keçirildi – FOTObackend

Almatıda “Əl-Farabi – İqbal” beynəlxalq forumu keçirildi – FOTO

Bu gün Almatıda Beynəlxalq Türk Akademiyası, Əl-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı, İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texniki Əməkdaşlıq Daimi Komitəsinin (COMSTECH) texniki dəstəyi ilə “Əl-Farabi – İqbal” beynəlxalq forumu keçirilib.

KONKRET.az xəbər verir ki, bu haqda informasiyanı Beynəlxalq Türk Akademiyasının Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, plenar iclasdan əvvəl iştirakçılar pakistanlı rəssamların forum üçün xüsusi hazırladıqları “İslam xəttatlığı” sərgisinə baxıblar.

Forumun açılış mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, İƏT-in Elm və Texnologiya Daimi Komitəsinin (COMSCTECH) baş əlaqələndiricisi İqbal Çaudhari, Şuranın sədri, Əl-Farabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tuymebayev iştirak ediblər.

Qazaxıstan Respublikasının təhsil və elm nazirinin müavini Kuanış Yerqaliyev, TÜRKSOY-un baş katibi Sultan Rayev, Pakistan Senatının insan hüquqları üzrə daimi katibi Komissiyanın sədri Valid İqbal, Katibliyin icraçı direktorunun müavini Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) üzvü Çi Fan, Qazaxıstan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yerjan Kistafin, Pakistan İslam Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səccad Əhməd Sihar, Türkiyə Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ufuk Ekiji də tədbirə qatılıblar.

Offline və onlayn rejimdə keçirilən tədbirdə türkdilli dövlətlərdən və İƏT-ə üzv ölkələrdən humanitar elm adamları, yaradıcı ziyalıların nümayəndələri, diplomatik və deputat korpusunun əməkdaşları, ekspertlər iştirak ediblər.

Forum çərçivəsində Türk Akademiyasının Azərbaycan dilində hazırladığı “İslam Düşüncəsinin Rekonstruksiyası” kitabının, eləcə də Əl-Farabi Qlobal Forumunun materialları toplusunun təqdimatı olub. 2020-ci ildə İslamabadda ingilis, qazax və rus dillərində Əl-Farabinin “Musiqi haqqında böyük traktat” (El-Farabi Kitabu’l Musika’l-Kebir) əsərinin, eləcə də “İqbal Ensiklopediyası”nın urdu dilində təqdimatı keçirilib.

Bundan əlavə, tədbirdə Akademiyanın rəhbəri D.Kıdırəli COMSCTECH-in baş koordinatoru İqbal Çaudharini türk dünyasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Türk Akademiyasının Qızıl medalı ilə təltif edib.

Forumun plenar iclası “İqbal fəlsəfəsi: keçmiş, bu gün, gələcək”, “İqbal fəlsəfəsi və poeziyasının qlobal təsiri”, “XXI əsrin çağırışları və texnologiya” sessiyaları ilə davam edib.

Sektor iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Pakistan, Böyük Britaniya, Rusiya, Tacikistan və İƏT-ə üzv ölkələrdən tanınmış alim və ekspertlər iştirak edib, tədqiqat mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, 2020-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (COMSTECH) Daimi Komitəsinin himayəsi ilə Pakistanın paytaxtı İslamabadda Əl-Farabiyə həsr olunmuş genişmiqyaslı tədbir təşkil olunub.

Budəfəki “Əl-Farabi-İqbal” forumu Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatının VIII Zirvə toplantısında verdiyi elm və texnologiyanın gücləndirilməsi ilə bağlı tapşırığına uyğun olaraq təşkil olunub.

Eyni zamanda, Forum iki böyük alimin mənəvi davamlılığını, Əl-Farabi və İqbalın qlobal elmə töhfələrini yeni səviyyəyə qaldıracaq ilk əlamətdar hadisədir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*