AMEA-nın arxivi talan edilir?backend

AMEA-nın arxivi talan edilir?

“AMEA-nın gələcək taleyi ilə bağlı bir çox fikirlər, ehtimallar dolaşmaqdadır. Onların nə dərəcədə həqiqətə uyğun olub-olmaması haqqında fikir yürütməkdən uzağam. Çünki əlimdə tutarlı fakt yoxdur. Amma bu günlərdə müəyyən etdiyim bir arzuolunmaz proses məni çox narahat etdi. Bəri başdan deyim ki, yazdıqlarım hər hansı bir “kampaniyanın” tərkib hissəsi də deyil. Belə ki, Akademiyanın ləğv olunmasını ehtimal edən bəzi alimlər sanki dövlətə ziyan vurmaq üçün nadir, qədim sənəd və kitabları, görkəmli elm xadimlərinə aid əlyazmaları, fotoşəkilləri, eksponatları gizli şəkildə AMEA-dan çıxarmağa, mənimsəməyə, mənzillərə daşımağa başlayıblar. Əminəm ki, AMEA-nın rəhbərliyi və əlaqədar dövlət strukturları bu vandalizmin qarşısını almaq üçün ciddi tədbirlər görəcəklər”.

KONKRET.az xəbər verir ki, bu faktı Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov deyib.

A.Qurbanov bildirib ki, daha əvvəl də AMEA tarixində belə hal yaşanıb:

“1996-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının fondundan nadir kitabların oğurlanması və ölkədən çıxarılması cəhdinin qarşısı alınıb. Müəyyən edilib ki, Ukrayna vətəndaşı, etnik Krım tatarı olan “Ali” Bakıya gələrək Akademiyanın kitabxanasında “elmi araşdırmalar” aparmağa başlayıb. Kitabxana işçilərinin etibarını qazandıqdan sonra onların məsuliyyətsizliyindən yararlanaraq burada saxlanılan XVIII-XIX əsrlərə aid xeyli sayda unikal (bəzilərinin yalnız Bakı nüsxəsi qalıb) kitabın fonddan çıxarılmasına nail olub. Oğru ifşa edilib, yaşadığı mənzildən həmin nadir kitablar götürülüb. “Alim” bu cinayəti Ukraynadakı erməni iş adamının sifarişi ilə pul müqabilində törətdiyini etiraf edib. Qeyd edim ki, həmin kitablar Şimali və Cənubi Qafqazda, Rusiyanın Cənubunda, Ukraynada yaşayan türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin qədim tarixinə, etnogenezinə, etnoqrafiyasına aid idi. Məsələn, karalar (karaylar, karaimlər) haqqında olan kitabda (XIX əsr) bir fikir indiki kimi yadımdadır: “Karaimlərin dili, folkloru, adətləri ən çox Azərbaycan tatarlarının (türklərinin) dili və mədəniyyətinə yaxındır…”

O qeyd edib ki, dünən də, bu gün də erməni yalanlarının ifşası, Azərbaycan tarixinin obyektiv öyrənilməsi üçün tutarlı faktları, sənədləri, kitabları az qala gündüz çıraqla axtarırıq:

“Tədqiqatçılar yaxşı bilir, kitabxanalarda, arxivlərdə bir çox əsərin, sənədin adları, inventar nömrəsi olduğu halda, özü artıq yoxdur. Bəzən isə həmin əsərin Bakı nüsxələrinin səsi başqa ölkələrdən çıxır. Görünür, hələ də irsimizə lazım olan qədər sahib çıxa bilmirik…”//Pravda.az

  • Garachanta
    İyul 30, 2022 - 15:15

    Şərəfsizlər….Bəs Orqanlar hara baxır? Qədim xəritələrimizi də beləcə ermənilərə satmışdılar….Azərbaycan Tarixinə ən Böyük Zərbəni AMEA və Azərbaycan Tarixçiləri vurub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*