Amerika alimlərindən ŞOK İDDİA: Koronavirus ilk Çində deyil, ABŞ-da yayılıbbackend

Amerika alimlərindən ŞOK İDDİA: Koronavirus ilk Çində deyil, ABŞ-da yayılıb

Bir qrup alim ABŞ-da ilk koronavirus infeksiyasının 2019-cu ilin dekabrında qeydə alındığını iddia edir.

KONKRET.az  xəbər verir ki, ABŞ-da aparılan qan nümunələri araşdırmasına əsasən, ilk koronavirus infeksiyası 2019-cu ilin dekabrında baş verib.

“Bu hesabatın nəticələri SARS-CoV-2 infeksiyasının ABŞ-da gözləniləndən daha erkən mövcud ola biləcəyini göstərir”, – deyə qeyd olunur.

Bildirilib ki, alimlər 2 yanvar-18 mart 2020-ci il tarixləri arasında 50 əyalət sakinləri tərəfindən verilən 24 mindən çox qan nümunəsini araşdırıblar. Nəticədə yanvar ayının əvvəllərində müəyyən sayda amerikalıda antikorun inkişafı aşkarlanıb. Lakin o dövrdə bu əyalətlərdə rəsmi olaraq heç bir infeksiya hadisəsi qeydə alınmayıb.

Qeyd edək ki, ABŞ-da pandemiyanın başlanğıcından bəri 33,3 milyondan çox yoluxma aşkar edilib, 597,3 mindən çox insan COVİD-19-dan ölüb./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*