Ermənistanın nüfuzlu “İrates” qəzetinin yazdığına görə, “Los Ancelesə etdiyi səfərdə Nikol Paşinyan erməni kilsəsinə gəlmədi, bu nəinki yerli ruhanilər arasında, həm də adi insanlarda təəccüb və qəzəb doğurdu”.
KONKRET.az bildirir ki, yerli ermənilər Baş Nazirin bu hərəkətini birmənalı qarşılamayıblar: “O, mitinqlərdə iştirak edir, amma kilsəyə getməyi zəruri hesab etmir”.
Yerli biznesmenlərdən biri qəzetə bildirib ki, Paşinyanla iş adamları arasında görüş zamanı ABŞ-ın nüfuzlu erməni iş adamları “nağıl danışır, deməyə sözü yoxdur” iddiası ilə zalı tərk ediblər.