Ancelina Coli ABŞ-da yaşamaq istəmirbackend

Ancelina Coli ABŞ-da yaşamaq istəmir

Amerikalı aktrisa, müəllim, rejissor, xoşməramlı səfir və sair peşələri özündə cəmləşdirən Ancelina Coli ABŞ-ı tərk etməyi planlaşdırdığını söyləyib. Və əlbəttə, tərk edəcək. Ancaq yalnız Bred Pittdən olan uşaqlarının hamısının on səkkiz yaşı olandan sonra.

KONKRET.az ABŞ-ın məşhur “Harper’s Bazar” jurnalına istinadən bildirir ki, aktrisa, eyni zamanda, onun Ştatlardan getməsində əsas əngəlin məhz keçmiş əri olduğunu xüsusilə qeyd edib, çünki ən balacası 18 yaşına çatana qədər cütlüyün övladları ataları ilə eyni ölkədə yaşamalıdırlar.

Coli və Pitt iki il rəsmi nigahdan və demək olar ki, onillik münasibətlərindən sonra 2016-cı ildə rəsmən ayrılmışdılar. Onların altı övladı var, böyüyü Meddoks, hazırda Cənubi Koreyadakı bir universitetdə oxumaq üçün ölkədə deyil. Bütün digər ailə üzvləri isə ABŞ-da yaşayırlar.

Tam olaraq hara getmək istədiyini Coli dəqiqləşdirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*