“And içirik ki, düşməni torpaqlarımızdan qovacağıq” – Vanetsyan SƏRSƏMLƏDİbackend

"And içirik ki, düşməni torpaqlarımızdan qovacağıq" - Vanetsyan SƏRSƏMLƏDİ

“And içirik ki, düşməni torpaqlarımızdan qovacağıq”.

KONKRET.az xəbər verir ki, bunu “Hayrenik” müxalif partiyasının sədri Artur Vanetsyan Facebook səhifəsində yazıb. O bildirib ki, güclü və təhlükəsiz dövlət quruculuğuna başlamağın vaxtıdır.

“Bu gün Ermənistan və xalqımız üçün əlamətdar bir tarixdir – Ermənistanın Müstəqillik Günüdür.

Təbiidir ki, dövlətimizin, millətimizin qarşısında duran ən ciddi çağırış və təhlükələr qarşısında bayram əhval-ruhiyyəsi yoxdur və ola da bilməz.

İndi bizim əsas qayğımız vətənin təcavüz və işğalı həyata keçirən düşməndən, dövlət strukturlarımızı sarsıdan indiki hakimiyyətdən müdafiəsidir.

Ona görə, bu gün and içməliyik ki, düşməni Vətənimizin ərazisindən qovub, güclü və təhlükəsiz dövlət quruculuğuna başlamalıyıq.

Və biz hələ bayramı qeyd edəcəyik, yuxarıda qeyd etdiyimiz məqsədlərə çatanda qeyd edəcəyik”, – deyə Vanetsyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*