Andranik Tevanyan: “Biz genişmiqyaslı müharibə ilə üz-üzəyik”backend

Andranik Tevanyan: “Biz genişmiqyaslı müharibə ilə üz-üzəyik”

“Ermənistanda şənliklər, şoular və yalançı sülh şüarları altında reallığı nə qədər gizlətməyə çalışsalar da, getdikcə daha çox insan görür ki, biz genişmiqyaslı müharibə ilə üz-üzəyik”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan özünün facebook statusunda yazıb. Onun sözlərinə görə, “Nikol Paşinyanın qurbanlarına və məhvinə öyrəşmiş ictimaiyyət əsirlərin güllələnməsindən şoka düşdü. Azərbaycanlılar həmin görüntüləri təkcə psixoloji işgəncə məqsədi ilə internetdə yerləşdirməyiblər.

Görüntülərin ortaya çıxması anı onu deməyə əsas verir ki, bu, Ermənistanı bir daha aşağılamaq üçün edilib”.

A.Tevanyan daha sonra yazıb:

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən əvvəl Əliyev erməni tərəfini çətin vəziyyətə salmaq üçün bu cinayətləri ictimailəşdirib. Hesablama belə idi ki, Ararat Mirzoyan bundan sonra azərbaycanlı həmkarı ilə danışıqlardan imtina etməlidir ki, bu da Əliyevə silah dilinə keçmək imkanı verəcək.

Mirzoyan alçaldılma yolunu seçərək Bayramovla danışıqlardan əl çəkmədi, lakin bu o demək deyil ki, Əliyev müharibə ideyasından əl çəkəcək.

“Sülh göyərçini” roluna girən Nikol Paşinyanın siyasəti tamamilə iflasa uğrayıb. Cermuk boşaldı, Sünik qapıları düşmənin birbaşa atəşi altına düşdü, Ermənistanın yeni əraziləri işğal olundu, 2 gündə 200-dən çox qurbanımız oldu, uşaqlarımız gözümüzün qabağında güllələnir…”

Deputat vurğulayıb ki, “Ermənistan böyük hiylənin qurbanıdır. Bizə müharibə və məğlubiyyət gətirən Paşinyan “sülh erası” vədi ilə səs toplayıb. İndi onun yürütdüyü siyasət 44 günlük müharibə nəticəsində əldə etdiyimiz müharibədən daha yeni, daha dağıdıcı müharibəyə səbəb olacaq.

Xalqımız Nikol Paşinyana etibar edə bilərmi ki, növbəti müharibəni idarə etsin? Əlbəttə, xeyr. Bu, intihar olacaq.

Hətta Nikolun pərəstişkarları ona bu növbəti müharibədə inanmayacaqlar. Nikolun bundan xəbəri var, ona görə də cəmiyyətimizin sayıqlığını kütləşdirməyə və mümkün qədər çox insanı sərsəm vəziyyətdə saxlamağa çalışır”.

O, fikirlərini belə davam etdirib:

“Ermənistanın Nikol Paşinyanın rəhbərliyi altında yaşamaq şansı yoxdur. Cəmiyyətimizin sağlam dairələri bunu başa düşür. Bunu əksər səlahiyyətlilər də başa düşür.

Biz Ermənistanın simasını hava və su kimi dəyişdirməliyik. Və İrəvanın Şuşa və ya Cermukun gününə düşməməsi üçün bizə konsolidasiyanı təmin edən yeni hökumət, milli konsensus hökuməti lazımdır. Bunu hakimiyyət daxilində də anlamağa başlayıblar və az qala ucadan danışmağa başlayıblar. Hazırda Nikol Paşinyan, Alen Simonyan, Arsen Torosyan, Vigen Xaçatryan, Andranik Köçəryan və bu kimi fiqurların qanadında daha az görkəmli, lakin yenə də müxalif qanad formalaşır.

İndi kritik bir dövrdəyik. Ölkəmizin dağıdılmaq və yeni soyqırımın qurbanına çevrilmək perspektivi var. Bizə geniş ictimai konsolidasiya, birgə qüvvələr, müstəsna birlik lazımdır, ölkəmizin müdafiəsini təmin etmək lazımdır ki, real sülh və təhlükəsizliyi təmin edək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*