Angela Merkel Rusiyaya səfər edəcəkbackend

Angela Merkel Rusiyaya səfər edəcək

Yanvarın 11-də Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.

KONKRET.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Almaniya kanslerinin Rusiyaya işgüzar səfəri çərçivəsində Vladimir Putinlə beynəlxalq gündəmdə olan aktual mövzuları, o cümlədən Suriya və Liviyadakı vəziyyəti, yanvarın 3-də ABŞ-ın Bağdada endirdiyi raket zərbələri nəticəsində Yaxın Şərqdə gərinliyin artması ilə bağlı məsələləri müzakirə edəcəyi bildirilib.

Bundan başqa, Merkellə Putinin Ukraynanın cənub şərqindəki münaqişə ətrafında fikir mübadiləsi aparacağı da qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*