Berlində supermarketə alış-verişə gedən Almaniyanın sabiq kansleri Angela Merkel soyğunçulara tuş gəlib.
KONKRET.az xəbər verir ki, marketdə alış veriş edərkən xanım Merkelin pul kisəsi alış-veriş səbətində olub. Amma soyğunçular necə olubsa pul kisəsini “çırpışdıra” biliblər. Bunu nə xanım Merkel, nə də onun mühafizəçisi görməyib.
Kassaya yaxınlaşan merkel pul kisəsinin oğurlanmasının fərqinə varır. Bundan sonra sabiq kansler polisə zəng edir. Daha sonra yaxınlıqdakı polis bölməsinə gedərək oradakı oğurluq barədə ərizə yazır.
SURXAY,
Mənbə, “Bild” nəşri.
