“Anlaşılmazlıqlar aradan qalxdı, Gürcüstan parlamentinin spikeri Ukraynaya səfər etməyə hazırdır”.
KONKRET.az xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk Facebook səhifəsində məlumat verib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə Ukraynaya səfərə hazırdır.
Stefançukun sözlərinə görə, Papuaşvili onunla söhbətində parlament nümayəndə heyəti ilə birlikdə Ukraynaya səfər etməyə hazır olduğunu təsdiqləyib.
- “Mən çox şadam ki, Ukrayna və Gürcüstan arasında kiçik anlaşılmazlıqlar aradan qaldırılıb. Bu səfər gürcü parlamentarilərinə Ukraynada baş verənləri öz gözləri ilə görməyə və dostluq münasibətlərimizi təsdiq etməyə imkan verəcək”, – deyə Stefançuk vurğulayıb.
Onun sözlərinə görə, parlaq birgə gələcək qurmaqda davam etmək üçün bütün təmas nöqtələri tapılacaq.
“Bizi fərqli edəndən daha çox ortaq cəhətlərimiz var”, – Stefançuk qeyd edib.
Xəbər verdiyimiz kimi, aprelin 10-da Stefançuk bildirib ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ali Rada sədrinin Buça və İrpinə səfərə dəvətini “yersiz” adlandırıb.
Xuraman Etibarlı,
KONKRET.az
