Anna Akopyan İsveçrə bankında HESAB AÇDI – İlkin məbləğ 1 milyon dollardırbackend

Anna Akopyan İsveçrə bankında HESAB AÇDI - İlkin məbləğ 1 milyon dollardır

Anna Akopyan İsveçrənin Julius Baer bankında hesab açıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın tanınmış media meneceri Aram Qabrelyanov teleqramda yazıb.

Davos forumunda iştirak etdiyi iddia edilən Paşinyanın həyat yoldaşı Julius Baer-in Sürixdəki özəl bank filialında görüntülənib. Ətrafındakılar onun öz adına hesab açdığını deyirlər.

Baş nazirin həyat yoldaşının özünün və fondunun hesablarını artırmaq üçün Ermənistanda maraqları olan erməni iş adamlarından növbəti pul yığımına başlayacağı barədə məlumatlar var. Anna Akopyanı İsveçrədə nəhəng bir heyət və üç silahlı mühafizəçi müşayiət edir.

Əlavə edirik ki, qeyd olunan bank İsveçrənin “Private” bankları arasında ən etibarlı hesab olunur və hesabın açılması 1.000.000 dollardan başlayır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*