Antalya su altında qaldı – Ölən var / VİDEObackend

Antalya su altında qaldı - Ölən var / VİDEO

Türkiyənin Antalya şəhərində dünən gecədən başlayan güclü yağış selə səbəb olub.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, dəhşətli sel bir nəfərin ölümü ilə nəticələnib.

Belə ki, 47 yaşlı Halil Yıldızın meyiti Kəpəz rayonundakı Qazi Bulvarında avtomobildə tapılıb.

Antalya valiliyi şəhərin üç rayonunda təhsilin 1 gün dayandırıldığını açıqlayıb:

“Əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblərimiz təhsilə hazır olmadığı üçün Muratpaşa, Kəpəz və Konyaaltı rayonlarında 14 fevral təhsil dayandırıldı”.

Qeyd edək ki, şəhərdə dünən axşam saatlarında başlayan və gecə boyu davam edən yağışın sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*