Xalq artisti Şeyx Əbdül Mahmudbəyov xəstəxanadan evə buraxılıb.
KONKRET.az bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib.
Aktyor müalicəsinin ev şəraitində davam etdirəcəyini vurğulayıb:
“Həkimlər evi tövsiyyə etdi. Müalicələr yazılıb, evdə davam etdirəcəyəm”.
Qeyd edək ki, bir neçə gün öncə Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti pisləşib. Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmiş aktyorda müayinə zamanı bir neçə xəstəlik aşkarlanmışdı.
