Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinirbackend

Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü N.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ailə münaqişəsi zəminində N.Məmmədovla atası, 1961-ci il təvəllüdlü Aydın Məmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib.

Hadisə zamanı Aydın Məmmədovun sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*