Aram Qabrelyanov: “Ermənistanda hakimiyyətə yeni Njde gələcək”backend

Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"

Erməni mənşəli rusiyalı jurnalist Aram Qabrelyanov əmindir ki, Yerevandakı “qiyamçı vətənpərvərlər”ə tezliklə “yeni Njde” başçılıq edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist bu barədə özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Yerevanda daha iki-üç mitinq keçirilsə, qiyamçı vətənpərvərlərə “yeni Njde” başçılıq edəcək.

Qabrelyanovun fikrincə, “sivil müxalifətin vəziyyəti dinc yolla idarə etməsi üçün o qədər də çox vaxt qalmayıb. Ermənistan hakimiyyətində türklərə qarşı yeni əksinqilabçılar arasında artıq “yeni Njde” yetişməkdədir. O gələndə bütün satqınların işi şuluq olacaq. O gələndə Vətənin bütün vətənpərvər övladları xoşbəxt olacaq”.

Xatırladaq ki, İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde Ermənistanda faşizmin “qəhrəmanlıq” simvolu hesab olunur.

 

Qabrelyanovun təqdimatında Manukyan və Köçəryan “yeni kollektiv Njde”dirlər

Zənnimizcə, Aram Qabrelyanovu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Təkcə bunu demək kifayətdir ki, məhdud  dairələrdə yaxşı tanınan bu ziyanlı “media-maqnat” daim Azərbaycan və onun Silahlı Qüvvələrinə dair saxta video və fotoların hazırlanmasında mühüm rol oynayıb. Ermənistanın dezinformasiya və feyk məlumatlar “istehsal”ında Rusiyadakı “Life News” media holdinqinin sahibi olan bu adam İkinci Qarabağ müharibəsi günlərində öz rolunu daha da aktivləşdirmişdi.  Qabrelyanovun Yerevana ezam olunmuş 6 nəfər əməkdaşı orada bilavasitə feyk istehsalı ilə məşğul olan qrupda yer almışdı. Bu “istehsal”a fotolar, videolar, səs yazıları, sosial şəbəkədə paylaşımlardan skrinşotlar və s. daxil idi.

İndi bu başabəla ideoloq revanşa çağırır, Azərbaycana və Türkiyəyə qarşı ideoloji-təbliğati iş aparır, özü də nasizmi guya pərdəli şəkildə dəstəkləməklə.

Bütün dünyaya nifrət bəsləyən bu kimi qəribə mikroorqanizmlər, köhnə personaj təfəkkürü olan siyasi marginallar, yalnız Ermənistan üçün bəla deyillər. Bu, onların sərsəm ideyaları naminə qanla yumaq arzusunda olduqları bütün regionun bədbəxtliyidir.

Yerevandakı revanşist müxalifət Taliban və İŞİD – dən daha pis və dəhşətlidir. Çünki onlar öz məqsədlərini gizlətmir və maskalanmırlar, bunlar isə hətta ikiüzlülüyü də mükəmməl mənimsəyiblər. Görünür, nasizm və revanş təbliğatçılarının nizamlı düzülüşlə “Yeni Nürnberq” skamyasına getmələri üçün regional koalisiya toplamağın vaxtı çatır… / virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*